Küveytdə yaşı 7000 ildən çox olan qəribə heykəllər tapılıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, uzun kəllə və yastı burun kimi xüsusiyyətləri ilə diqqət çəkən heykəlciklər Ubeyd mədəniyyətinə aid edilib.
Bu mədəniyyət Mesopotamiyadan Anadoluya və Ərəbistan yarımadasına qədər geniş bir əraziyə yayılıb. Buna bənzər heykəlciklər daha əvvəl Mesopotamiyada tapılıb.
Tapıntılar təkcə arxeoloji deyil, həm də ekoloji tarix baxımından əhəmiyyətlidir. Keramika hazırlamaq üçün istifadə edilən bitki qalıqları eramızdan əvvəl 6-cı minilliyin ortalarında Ərəbistan yarımadasındakı floranın müxtəlifliyinə dair ipucu verə bilər.
Bu kəşflər bizə həm Ubeyd mədəniyyətinin təsirini, həm də bölgədəki yerli istehsal texnikasını daha yaxşı anlamağa imkan verir. Heykəllərin yadplanetliyə bənzərliyi barədə isə alimlər hələlik susurlar.