Əlisəmid Kürün vəziyyəti ağırlaşdı,  evə apardılar
04 oktyabr 2025 16:01 (UTC +04:00)

Əlisəmid Kürün vəziyyəti ağırlaşdı, evə apardılar

0

Şair Əlisəmid Kürün (Cəfərli) vəziyyəti ağırlaşıb və o, xəstəxanadan evə gətirilib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya şairin qızı Aynur Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, atasının vəziyyəti hazırda ağırdır.

“Bu gün evə buraxılıb, vəziyyəti ağırdır”, – deyə o bildirib.

Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar