Rusiyanın Moskva, Sankt-Peterburq və Tver şəhərlərində bir anda bir neçə polis maşını yandırılıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, Moskvada Butovo ərazisində patrul maşını yandırılıb. Hadisə şahidləri hadisəni videoya çəkiblər. Görüntülərdə polisin cinayətkarı necə saxladığı və iki nəfərin yanğını söndürdüyü göstərilir.
Bundan əlavə, Tverdə Şmidt bulvarında Zavoljski rayon daxili işlər idarəsində saxlanılan polis “Qazel”ini yandırıblar. Yanğın anı küçə kamerasına düşüb. Kadrlarda kişinin qarla örtülmüş avtomobilə yaxınlaşaraq ona yanar maddə töküb yandırması əks olunub. Maşın alovlanandan sonra cinayətkar hadisəni telefonunda lentə alır və qaçır.
Sankt-Peterburqda isə avtomobilin kapotu altında olan hər şey yanıb. Azyaşlı qız yanğın törətməkdə şübhəli bilinərək saxlanılıb.