ABŞ əl-Colaninin başına qoyulan 10 milyon dollar  mükafatı ləğv etdi
21 dekabr 2024 03:45 (UTC +04:00)

ABŞ əl-Colaninin başına qoyulan 10 milyon dollar mükafatı ləğv etdi

HTŞ lideri Əbu Məhəmməd əl-Colani haqqında məlumat üçün təklif edilən 10 milyon dollar mükafat götürülüb.

APA xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentindən verilən açıqlamada bildirilir.

Suriyada keçid hökumətinin qurulmasından sonra ABŞ-ın ilk dəfə yüksək səviyyəli danışıqlar aparmaq üçün Dəməşqə göndərdiyi nümayəndə heyətinə başçılıq edən ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə müşaviri Barbara Lif əl-Colani ilə görüşün təfərrüatlarını açıqlayıb.

Lif, əl-Colani haqqında məlumat verəcək olan şəxs üçün 10 milyon dollar mükafatın silindiyini və bu yeni qərarın onun özünə çatdırıldığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438
avatar

Oxşar yazılar