Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Digər sərəncama əsasən, Ramil Əbil oğlu Rzayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bundan əlavə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
***
Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Lent.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Əmrə əsasən, onun yerinə Tofiq Fuad oğlu Musayev təyin edilib.
Digər sərəncamlarla Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Adış Sakit oğlu Məmmədov isə Çexiyadakı səfir vəzifəsindən geri çağırılaraq, Qətərə səfir təyin edilib.
Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.