"Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq İlkay Gündoğanla "İnter" maraqlanır.
Lent.az bildirir ki, İspaniya mətbuatında yer alan xəbərə görə, “İnter” “Mançester Siti” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 33 yaşlı futbolçunu təmənnasız olaraq heyətinə qatmaq istəyir və bunu əsas transferlərdən biri kimi müəyyənləşdirib.
“İnter”in İlkay Gündoğanı heyətinə qatmaqda maneə olduğu da qeyd edilib. İlkay Gündoğanın hazırda “Mançester Siti”nin ən çox qazanan futbolçularından biri olduğu xatırladılıb və bu vəziyyətin “İnter”in maliyyə strukturunu gərginləşdirə biləcəyi bildirilib. Buna görə də "İnter"in müqavilə ilə bağlı alternativləri nəzərdən keçirə biləcəyi bildirilib.
Digər tərəfdən İlkay Gündoğanın "İnter"ə keçidinin də İtaliya komandasındakı ayrılıq və transfer proseslərindən asılı olduğu vurğulanır.
Bu mövsüm "Mançester Siti"nin heyətində 22 oyunda meydana çıxan 33 yaşlı İlkay Gündoğan 2 qol vurub, 1 məhsuldar ötürmə edib.