"İnter Mayami"nin hücumçusu Lionel Messi Amerika komandasını tərk edərək "Mançester Siti"yə keçə bilər.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, “Siti”nin baş məşqçisi Xose Qvardiola argentinalının transferində son dərəcə maraqlıdır. İspan mütəxəssis İngiltərə komandasının performansını yaxşılaşdırmaq üçün Messini mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Qeyd olunur ki, “İnter Mayami”nin sahibi Devid Bekhem Messi razı olarsa, onu buraxmağa hazırdır.
Lionel Messi 2023-cü ilin yayında azad agent kimi Fransa PSJ-sindən “İnter Mayami”yə keçib. Bu müddət ərzində argentinalı futbolçu klubda 39 oyun keçirib, 34 qol vurub, 19 məhsuldar ötürmə edib.