Bakıda evdən çürümüş meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektindəki mənzillərdən birində qeydə alınıb.
71 yaşlı Hüseynova Təranə Qəmbər qızının meyiti yaşadığı evdən tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmasa da, çürümə əlamətləri olub. Məlumata görə, qadının ölümündən bir neçə gün heç kəsin xəbəri olmayıb. Yalnız qonşular evdən qoxu gəldiyini hiss etdikdən sonra onun öldüyü məlum olub.
Mərhumun hansı səbəbdən ölməsi məlum deyil.
Araşdırma aparılır.