“Novokuznetsk Metallurq” və “Omsk Avangard” klublarının keçmiş hokkeyçisi Aleksey Yatsenko dostunun çağırdığı polisi döyüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, cümə axşamı gecəsi 28 yaşlı Yatsenko Xabarovsk diyarının Amursk şəhərində dostu ilə içki içib. Daha sonra o, polisə gedib və deyib ki, hazırda hokkey məşqçisi olan idmançı onu döyüb.
Yatsenkonun yanına polis əməkdaşı gedib. Ümumilikdə o, polisin sifətinə təxminən beş zərbə endirib. Nəticədə məşqçi saxlanılıb.