ABŞ-da ögey anasının cəzalandırdığı 5 yaşlı oğlan faciəvi şəkildə ölüb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Florida ştatında baş verib. 25 yaşlı Çeyenne Star Fayt adlı qadın 5 yaşlı ögey oğlu Riley Sot Hogeboku çılpaq həyətə atıb. Buna səbəb isə qadının sözlərinə görə, uşağın toyuqlara zərər verməsi olub.
Çılpaq halda küçədə qalan uşaq yaxınlıqdakı kanalizasiya quyusuna düşüb. Polis əməkdaşları uşağı quyudan huşsuz taparaq, xəstəxanaya aparıblar. Lakin uşaq orada ölüb.
Fakta görə ögey ana saxlanılıb və cinayət işi başlanıb.