Niyə dəsmal  ayrılıq rəmzi   sayılır?-  Belə yaranıb
20 dekabr 2024 18:54 (UTC +04:00)

Niyə dəsmal ayrılıq rəmzi sayılır?- Belə yaranıb

“Dəsmal ayrılıqdır, heç kimə dəsmal hədiyyə etmək olmaz” ifadəsini yəqin ki eşitmisiniz. Dəsmal bağışlamaq yaxşı əlamət hesab olunmur. Həm də təkcə bizdə yox, bütün dünya xalqlarının mədəniyyətində.

Görəsən, niyə?

Lent.az “Belə yaranıb” rubrikasında bu barədə məlumat verir.

Qədim dövrlərdən bəri dəsmal bir çox mərasimlərdə istifadə olunurdu. Bu mərasimlərdən ən önəmlisi dəfn prosesi idi, hətta xüsusi dəfn dəsmalları var idi.

Dəsmal bir növ yasla assosiasiya olunduğuna görə onu hədiyyə vermək xoş qarşılanmırdı.

Əvvəllər kəndlərdə kimsə öləndə, yas düşən evdə qapı bağlanmır, üstünə dəsmal asılaraq matəmi bəyan edirdilər.

Qədim slavyanlar, Avropa xalqları evdə yas düşəndə dəsmalı qapı ilə yanaşı, həm də pəncərədən asırdılar, çünki inanca görə, mərhumun ruhu 40 gün axirətə getməyib ətrafda dolaşırdı. Əgər pəncərəyə bağlanmış dəsmal əsər, titrəyərdisə, ruhun ev sahiblərini dinlədiyinə inanardılar. 40 gün sonra həmin dəsmalı yaşayış məskənindən uzaq bir ərazidə torpağa basdırırdılar. Bununla da ruhu azad edib, tamamilə o biri dünyaya yola salırdılar.

Evlərini tərk edən - müharibəyə və ya uzaq ölkələrə gedən kişilərə də dəsmal verilirdi.

Atalarımız inanırdılar ki, birinə dəsmal verməklə,  dəsmal ilə birlikdə problemlərinizi başqa bir insana ötürə, ona bədbəxtlik və ciddi xəstəliklər gətirə bilərsiniz.

Qara və ağ tikmə olan məhsullar ən təhlükəli hesab olunurdu, buna görə də belə dəsmallardannişan, vəftiz və ya toy mərasimlərində istifadə edilə bilməzdi.

Kiməsə mətbəx və ya hamam dəsmalları verirsinizsə, siz də diqqətli olmalı və hədiyyəni alacaq insanın zövqünü nəzərə almalısınız.

Sevdiyiniz insanlaa dəsmal hədiyyə etməyin ki, ayrılmaq ehtimalı olmasın. Min illərlə yol gələn inancların ardında mütləq nəsə bir həqiqət var.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3769

Oxşar yazılar

Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29