"Avroviziya"nın  loqosu yeniləndi
19 avqust 2025 09:37 (UTC +04:00)

"Avroviziya"nın loqosu yeniləndi

"Avroviziya" mahnı müsabiqəsinin loqosu yeniləyib.

Lent.az.az xəbər verir ki, bu addım yarışmanın 70-ci ildönümü şərəfinə atılıb. 

Loqo ilk dəfə 2004-cü ildə əl ilə çəkilmiş qrafikadan istifadə edilməklə yaradılıb. Həmçinin 2014-cü ildə yenidən dizayn edilən əsas vizual element "Singing sans" adlı şriftdən istifadə etməklə sadələşdirilib və vahid, lakonik təsvirə çevrilib. İkonik "Avroviziya" ürəyi üçölçülü animasiyada yenilənib və 70 təbəqədən ibarətdir. Bu 70 qat müsabiqənin hər keçən bir ilini özündə əks etdirir.

"Avroviziya" mahnı müsabiqəsi musiqi, mədəni və yaradıcılıq baxımından həmişə təkamül prosesində olub. Bu təzələnmiş loqo həm 70 heyrətamiz il üçün bir xatirədir, həm də həyəcanlı gələcəyə bir addımdır. Yeni görünüş yarışmanın özü kimi cəsarətli, oynaq və ruhla doludur" deyə, müsabiqənin direktoru Martin Qrin vurğulayıb. 

Loqo sosial media seqmentində qarışıq reaksiyaya səbəb olub. Bəzi izləyicilər bunu tənqid edib və əvvəlki dizayna üstünlük verdiyini bildirib. Hətta bunu "müsabiqə tarixindəki ən pis loqo" adlandıranlar da olub. Bir qisim istifadəçi isə yeni dizaynı bəyənib.

Qeyd edək ki, bu il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386

Oxşar yazılar