Rusiyanın İrkutsk vilayətində ana yeni doğulmuş oğlunu 23 min rubla (təxminən 485 manat) satıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, 33 yaşlı Yelena Smirenko doğuşdan sonra sosial şəbəkədə körpəni himayəyə vermək barədə elan yerləşdirib. Elana 17 yaşlı bir qız cavab verib və körpəni dəmir yolu vağzalında ondan alıb. Daha sonra o, rəsmi şəkildə övladlığa götürmə sənədlərini rəsmiləşdirib və uşaq bu illər ərzində onunla yaşayıb.
Hüquq-mühafizə orqanları vəziyyəti qəyyumluq orqanlarının yoxlaması zamanı aşkarlayıb. Məhkəmə ananı insan alverində təqsirli bilib və ona 6 il azadlıqdan məhrumetmə cəzası verib.