Ukraynanın Xarkov vilayətində qısqanc oğlan qadını öldürərək intihar edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Traktorqurucular prospektindəki yaşayış binasının yaxınlığında baş verib. 25 yaşlı qadının və 25 yaşlı kişinin meyiti odlu silah yaraları ilə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
İlkin olaraq müəyyən edilib ki, kişi ilə qadın arasında qısqanclıq zəminində münaqişə yaranıb. Daha sonra kişi pəncərəni sındıraraq birinci mərtəbədə yerləşən mənzilə daxil olub. Qadın qaçmağa cəhd edib və küçəyə çıxıb. Kişi onu təqib edərək bir neçə dəfə atəş açıb, nəticədə zərərçəkən hadisə yerində ölüb. Bundan sonra kişi də eyni silahla intihar edib.
Hadisə yerindən maddi sübutlar götürülüb.
Qeyd olunur ki, faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb və eyni maddəyə “intihar” qeydi daxil edilib.