Kefinizi açacaq 6 komediya serialı
19 avqust 2025 13:57 (UTC +04:00)

Kefinizi açacaq 6 komediya serialı

Yumoru və orijinal hekayələri sevirsiniz? O halda bu seriallar sizin üçün əsl tapıntı olacaq. Burada həm klassik, həm də müasir hitlər var ki, onlar sarkazm, ironiya və “təhlükəli” mövzuları özündə birləşdirir.

Lent.az sizi həm güldürəcək, həm də süjeti ilə təəccübləndirəcək serialları təqdim edir.

"Kosmosdan gələn qonaq"

Qarri adlı yadplanetli Yerə aydın bir məqsədlə – bəşəriyyəti məhv etmək üçün gəlir. Amma yerli həkim obrazı altında yaşayarkən insanlara alışır, dostlar qazanır və getdikcə missiyasının məqsədəuyğunluğundan şübhələnməyə başlayır.

"Filadelfiyada həmişə günəşlidir"

Dörd dost şəhərin nüfuzlu olmayan rayonunda irland barına sahibdir. Eqosit, kinayəli və bədxasiyyət olan bu dördlük qazanmaq üçün hər şeyə hazırdır. Onların sonsuz çəkişmələri və rəqabətləri absurd və gülməli vəziyyətlər zəncirinə çevrilir.

"Sonuncu həqiqi kişi"

Sitkomun baş qəhrəmanı əmindir ki, kişilər cəmiyyətdə əsas yerlərini itiriblər. O, gündəlik işlərdə və həyatında öz kişiliyini sübut edərək bunu geri qaytarmaq istəyir. Amma tezliklə özü gülməli və çətin vəziyyətlərə düşür.

"Cəmiyyət"

Özündənrazı vəkil lisenziyasını itirdikdən sonra həqiqi təhsil almaq üçün şəhər kollecində oxumağa məcbur olur. Orada cazibədar bir tələbə ilə tanış olur və ispan dili müəllimi kimi özünü təqdim edərək bilmədən bütöv bir icma yaradır.

"Müqəddəs Denis Klinikası"

Oreqon ştatının xəstəxanasında tibbi personal haqqında komediya serialıdır. Onlar birlikdə xəstələrlə dolu şöbədə səbr və peşəkarlığı qorumağa çalışırlar.

"Həqiqi hadisələrə əsaslanır"

Əmlak agenti və keçmiş tennis ulduzu həyatlarını kriminal podkast vasitəsilə yaxşılaşdırmağa çalışırlar. Onlar nadir fürsətdən istifadə edərək real bir cinayəti açmağa başlayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250

Oxşar yazılar