Fransada futbol klubu ləğv olunur
20 avqust 2025 17:56 (UTC +04:00)

Fransada futbol klubu ləğv olunur

Fransanın futbol klubu “Ayacco” müflis olmağa başlayıb.

Lent.az xəbər verir ki, avqustun 18-də klub rəhbərliyi Ayaccio şəhər məhkəməsinə müflislik barədə ərizə təqdim edib. Nəticədə klubun 180 əməkdaşı işdən çıxarılacaq, həmçinin məşq-məşqetmə mərkəzi bağlanacaq.

Avqustun 13-də Fransa Futbol Federasiyası (FFF) 2024/25 mövsümünü Liqa 2-də 12-ci pillədə başa vuran “Ayacco”nu bütün milli turnirlərdən uzaqlaşdırdığını elan edib. Klub hələ də üçüncü diviziona qatılmağa ümid edir, lakin bunun üçün FFF-in qərarına apellyasiya vermək məqsədilə bir neçə yüz min avro toplamalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265

Oxşar yazılar