Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verildi
20 avqust 2025 17:54 (UTC +04:00)

Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verildi

Hazırda həbsdə olan vəkil Adəm Məmmədovun fəaliyyətinə xitam verilib.

Lent.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının bu gün keçirilən iclasında bildirilib.

Qeyd olunub ki, iclasda vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 6 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib, 5 vəkilə irad tutulub, eyni zamanda məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.

Xatırladaq ki, bir müddət əvvəl məhkəmə Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə hökm verib.

Adəm Məmmədov bu il martın 5-də həbs edilib. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.

O, həmkarı Ceyhun Yusifovun iddiası əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar