Zərdab rayonunun Qoşaoba kəndində həmkəndlilər arasında münaqişə bıçaqlanma ilə nəticələnib.
Lent.az APA-ya istinadən xəbər verir ki, kənd sakini Mirzə Cəfərli mübahisə zəminində həmyerlisi Süleyman İsmayılova bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib. M.Cəfərli isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.