Azərbaycan-Ermənistan sərhədində ard-arda üç zəlzələ olub - YENİLƏNİB 2
21 dekabr 2024 08:59 (UTC +04:00)

Azərbaycan-Ermənistan sərhədində ard-arda üç zəlzələ olub - YENİLƏNİB 2

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 21.12.2024-cü il tarixində yerli vaxtla saat 03:01-dən etibarən Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 maqnituda zəlzələlər qeydə alınıb.

Lent.az xəbər verir ki, bu haqda FHN Mətbuat xidmətinin məlumatında bildirilir.

Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***

08:02

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycan-Ermənistan sərhədində 3 bal gücündə zəlzələ qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar 10 km dərinlikdə, 21.12.2024-cü il tarixində yerli vaxtla saat 3:03-də qeydə alınıb.

Üçüncü zəlzələ isə 3.8 bal gücündə olub. Bildirilib ki, yeraltı təkanlar 12 km dərinlikdə, 21.12.2024-cü il tarixində yerli vaxtla saat 3:07-də qeydə alınıb.

***

04:21

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycan-Ermənistan sərhədində 4.8 bal gücündə zəlzələ qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar 9 km dərinlikdə, 21.12.2024-cü il tarixində yerli vaxtla saat 23:01-də qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1461
avatar

Oxşar yazılar