İstanbulun Beykoz bölgəsində bir evə basqın edən polis orada Nil timsahı, anakonda ilanı, qızıl qartal kimi heyvanlar və onların taksidermiyalarını ələ keçirib.
Lent.az xəbər verir ki, İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən dekabrın 19-da Beykoz bölgəsində bir ünvanda əməliyyat keçirilib.
“Çerkez Cengiz” kimi tanınan Cengiz Şıklaroğlunun evində həyata keçirilən əməliyyatda 1 diri qızıl qartalı, 1 canlı Nil timsahı, 1 canlı anakonda ilanı, 1 yatağan ilan, 1 taclı durna taksidermiyası, 1 ayı dərisi, 1 ədəd Afrika camışının buynuzu, 1 dağ keçisinin taksidermiyası və sair kimi şeylər ələ keçirib.
Şübhəlinin tutulması istiqamətində işlər davam edir.