Ucarda baş verən kütləvi dava ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Qeyd olunub ki, faktla bağlı Ucar rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.
***
01:26
Ucarda kütləvi dava olub, xəsarət alanlar var.
Lent.az-ın xəbərinə görə, hadisə gecə saatlarında rayonun Bağman kəndində baş verib.
Kənddə keçirilən ciyər axşamında bir neçə şəxs arasında yaranan mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib.
Dava zamanı 4 nəfər - 1975-ci il təvəllüdlü Əlsahib Ağasəlim oğlu Səlimov, 2003-ci il təvəllüdlü Nicat Əlisahib oğlu Səlimov və 1975-ci il təvəllüdlü Mehman Muğdət oğlu Səfərəliyev və 1991-ci il təvəllüdlü Mansur Mahsud oğlu Səfərəliyev müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Fakt araşdırılır.