Mourinyo əməliyyat olunmaq üçün İstanbuldan çıxır
21 dekabr 2024 13:42 (UTC +04:00)

Mourinyo əməliyyat olunmaq üçün İstanbuldan çıxır

“Fənərbaxça”nın baş məşqçisi Joza Mourinyo xaricdə əməliyyat olunmaq üçün bu gün İstanbuldan çıxacaq.

Lent.az yerli mediaya istinadla bildirir ki, portuqaliyalı mütəxəssisinin səhhətində problem yarandığı deyilir. Məlumata görə, o, kluba da 1 həftəlik icazə verib. Belə ki, əcnəbi futbolçuların bir qismi də İstanbuldan çıxıb.

İcazə dövründən sonra “Fənərbaxça” “Hatayspor”la oyun üçün hazırlıqlara başlayacaq. Qeyd olunur ki, Türkiyə Super Liqasında bu həftəsonu baş tutacaq oyunlardan sonra qarşılaşmalara 2 həftə ara veriləcək. Turun davamı yanvarın 3-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2079

Oxşar yazılar