Adil Qeybulla Tofiq Yaqublunu yenidən müayinə etdi
22 aprel 2025 18:13 (UTC +04:00)

Adil Qeybulla Tofiq Yaqublunu yenidən müayinə etdi

Adil Qeybulla Tofiq Yaqublunu yenidən müayinə edib.

Lent.az xəbər verir ki, bu barədə Adil Qeybulla özü məlumat yayıb.

Adil Qeybullanın sözlərinə görə, müayinədə Penitensiar Xidmətin tibb işçiləri də iştirak edib:

“Tofiq Yaqublunun vəziyyəti orta ağırdır, stabil olaraq qalır. Hemodinamik göstəriciləri stabildir. Aclığa bağlı ümumi halsızlığı, zəifliyi qalır, yeriməkdə çətinlik çəkir.

Bu gün Tofiq Yaqubluya 2 litrə yaxın maye - natrium xlorid, ringer, reosarbilakt, mədə qoruyucu köçürülüb. İnfuziya normal keçib, ağırlaşma olmayıb. İnfuziyadan sonra müəyyən yüngüllük hiss etdi. Aclığı dayandırmasını təklif etsək də, Tofiq Yaqublu aclığı davam etdirməkdə israrlıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar