ABŞ-a getmək istəyənlərə bəd xəbər - Viza həddindən artıq bahalaşdı
27 avqust 2025 01:51 (UTC +04:00)

ABŞ-a getmək istəyənlərə bəd xəbər - Viza həddindən artıq bahalaşdı

ABŞ oktyabrın 1-dən etibarən viza rüsumlarını əhəmiyyətli dərəcədə artırıb.

Lent.az xəbər verir ki, turist vizası üçün müraciət haqqı 135 faiz artaraq 185 dollardan 435 dollara yüksəlib.

Konqresin Büdcə Ofisi yeni ödənişlərlə illik 2,7 milyard dollar əlavə gəlir əldə etməyi hədəfləsə də, turizm sektorunun nümayəndələri 29 milyard dollara qədər itki gözləyir.

Bundan başqa tələbə və mübadilə proqramı vizaları (F, J, M) və iş vizaları (H-1B, L-1, O-1) daxil olmaqla bir çox kateqoriyalar da əlavə ödəniş artımından təsirlənəcək.

Bununla da ABŞ viza rüsumları dünyanın ən bahalı rüsumlarından biri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228

Oxşar yazılar