67 il əvvəl müəmmalı şəkildə  yoxa çıxan ailənin SİRLİ HEKAYƏSİ
26 avqust 2025 20:15 (UTC +04:00)

67 il əvvəl müəmmalı şəkildə yoxa çıxan ailənin SİRLİ HEKAYƏSİ

ABŞ-da 67 il əvvəl müəmmalı şəkildə yoxa çıxmış ailənin qalıqları tapılıb.

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.        

1958-ci il dekabrın 7-də Portlend şəhərindən olan 54 yaşlı Kennet, xanımı 48 yaşlı Barbra Martin, övladları - 11,13 və 14 yaşlı qızları ilə birgə avtomobilə minib yola çıxıblar. Onlar evlərinə bir daha qayıtmayıblar.

Ailə qırmızı rəngli 1954-cü il istehsalı "Ford Country Squire" avtomobili ilə Kolumbiya çayı dərəsinə yollanırmış. Onların məqsədləri yaşıl budaqlar toplamaq olub. Həmin gün onları həm "Cascade Locks" yanacaqdoldurma məntəqəsində, həm də "Paradise Snack Bar" kafesində (Hood River şəhərində) görüblər. Lakin bir neçə həftə sonra Kolumbiya çayından iki kiçik qızın – Syuzan və Virciniyanın cəsədləri çıxarılıb. Kennet, Barbra və böyük qızları Barbi isə itkin olaraq qalıb.

İstintaqın davamı

Bu iş Oreqon ştatının ən müəmmalı hadisələrindən biri hesab olunurdu. Yalnız 2024-cü ilin sonunda müstəqil dalğıc Arçer Mayo ailəyə məxsus ola biləcək avtomobili aşkar etdi. Maşın "Cascade Locks" yaxınlığında, təxminən 15 metr dərinlikdə tapıldı.

2025-ci ilin martında sudan avtomobilin bəzi hissələri – şassi və mühərrik, kamera, oyuncaqlar və odlu silaha bənzər əşyalar çıxarıldı. İndi isə Mayo bildirib ki, avtomobilin içində insan qalıqları aşkarlayıb. Bunların iki yetkin insana aid olduğu güman edilir.

Dalğıc qeyd edib ki, qalıqları Hood River dairəsi polis idarəsinə təhvil verib. İdarə isə bu məlumatı təsdiqləməkdən və ya təkzib etməkdən imtina edib.

Mayonun araşdırmaları

Tapıntıya çatmaq üçün Arçer Mayo bir neçə ay icazələr almalı olub, 60 dəfədən çox xüsusi texnika ilə dalış edərək dağıntıları təmizləyib. Nəticədə 1950-ci illərə aid çevrilmiş "Ford" markalı universal avtomobili 18 metr dərinlikdə aşkar edib. Mart ayında yalnız avtomobilin alt hissəsi və mühərriki sudan çıxarılsa da, kuzov, eləcə də içindəki əşyalar suda qalıb.

“Çox məyus oldum. Mən bu işlə yeddi il yaşamışam: düşünmüşəm, xəyal etmişəm, bu işlə məşğul olmuşam, hətta bir növ aludə olmuşam”, – deyə Mayo bölüşüb.

2025-ci ilin iyulunda dalğıc hadisə yerinə qayıdaraq dağıntıları təmizləməyə davam edib. Avqust ayında isə o, artefaktlarla yanaşı, iki və ya üç ailə üzvünə aid ola biləcək insan qalıqlarını çıxarıb.

“Özümü elə hiss edirəm ki, onları ailələrinə qaytardım və nəhayət, rahatlıq tapdılar. Mənim ən böyük arzum da bu idi”, – deyə dalğıc bildirib.

Тела двух дочерей были найдены через несколько месяцев после исчезновения

Дайвер Арчер Майо

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1106

Oxşar yazılar