Bakının Qaradağ rayonu, Sahil qəsəbə sakinləri pis qoxu və ifunət iyindən təngə gəliblər. Onlar bildirirlər ki, uzun müddətdir Xəzər dənizinə kanalizasiya suları axıdılır.
Lent.az xəbər verir ki, məsələ ilə bağlı yayılmış görüntülər də deyilənləri bir daha təsdiqləyir.
Kanalizasiya suaları dənizin flora və faunasını pozmaqla yanaşı, həm də bütün qəsəbəni pis qoxu bürüyüb. Sakinlər dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.
Məsələ ilə bağlı Lent.az-ın sorğusuna İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, qeyd olunan ərazidə tullantı su xəttində qəza baş verib. Hazırda axıntını qarşının alınması üçün işlər görülür.
Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq.