Keçmiş futbolçu arvadına görə  saxlanıldı
26 avqust 2025 18:04 (UTC +04:00)

Keçmiş futbolçu arvadına görə saxlanıldı

İsrail Premyer Liqasının sabiq oyunçusu həyat yoldaşına hücum etməkdə şübhəli bilinərək saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmə onu müəyyən şərtlərlə sərbəst buraxsa da, qadının yaşadığı mənzilə yaxınlaşmağı isə qadağan edib.

Qeyd olunur ki, hələ 2002-ci ildə, aktiv futbolçu olduğu vaxtda da o, oxşar ittihamla saxlanılıb. Karyerası ərzində idmançı bir sıra klublarda çıxış edib, o cümlədən “Makkabi” (Hayfa), “Beytar” (Yerusalim) və “Hapoel” (Beer-Şeva) komandalarında. O, həmçinin İsrail çempionu titulunu qazanıb və ölkə kubokunun finalında iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228

Oxşar yazılar