“Mançester Yunayted”in futbolçusu maaşa görə klubu tərk edir
26 avqust 2025 19:31 (UTC +04:00)

“Mançester Yunayted”in futbolçusu maaşa görə klubu tərk edir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Maynu 1 sentyabra qədər transfer təklifi olacağı halda klubdan ayrılcaq.

Lent.az xəbər verir ki, 20 yaşlı ingilis futbolçu klubla yeni müqavilə barədə razılığa gələ bilməyib. O, həftəlik təxminən 174 min avro maaş tələb edir. Hazırda isə onun maaşı həftəlik təxminən 30 min avrodur.

Maynunun müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir. Yarımmüdafiəçi 2024/25 mövsümündə bütün turnirlərdə 37 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Transfermarkt futbolçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248

Oxşar yazılar