Bakıda kişi Tiktokda tanış olduğa qadına qarşı dələduzluq edib.
Lent.az-ın məlumatına görə, Xaqani Dadaşov Tiktok sosial şəbəkəsində canlı yayım zamanı Samirə adlı xanımla tanış olub. Get-gedə onların münasibəti yaxınlaşıb və əslində evli olan Xaqani Samirə ilə quracağını vəd edib.
Məlumata görə, Samirə ərindən boşanıb və birgə nikah zamanı alınan ev də satıldığı üçün ər-arvad arasında bölüşdürülüb. Bunu bilən Xaqani maddi durumu, anasının xəstəliyi və “Kia Optima” markalı avtomobilinin təmirə ehtiyacı olması kimi bəhanələrlə Samirədən borc adı ilə ümumilikdə 19min 35 manat pul alıb. Lakin həm pulu qaytarmayıb, həm də onunla ailə quracağı vədinə xilaf çıxıb.
Aldandığını görən zərərçəkən hüquq-mühafizə orqanlarına şikayət edib. Nəticədə Xaqani Dadaşov saxlanılıb və barəsində yekun olaraq, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub.
Xətai rayon Məhkəməsində Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Xaqani Dadaşov 2 il müddətinə azadlıqdan məhrum edilib.