Qazaxıstanda yüksək rütbəli polis faciəvi şəkildə ölüb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Qaraqanda-Ayagöz yolunda baş verib.
Qaraqandada şəhər polis idarəsinin rəis müavini, polis polkovniki 53 yaşlı Bekjan Kusainov yol qəzası nəticəsində dünyasını dəyişib.
Polis əməkdaşının avtomobilə idarəetməni itirdiyi iddia edilir.
Araşdırma aparılır.