Argentinalı məşhur qapıçı Uqo Orlando Qatti 81 yaşında vəfat edib.
Lent.az xarici mətbuata istinadla xəbər verir ki, bir neçə ay əvvəl keçmiş qapıçı yol-nəqliyyat hadisəsi keçirib, nəticədə omba nahiyəsindən əməliyyat olunub. Reabilitasiya zamanı o, sağalmasını çətinləşdirən və faciəyə səbəb olan infeksiyaya yoluxub.
Qeyd olunur ki, Qatti karyerası ərzində “River Pleyt” və “Boka Xuniors”da çıxış edib. O, həmçinin digər komandalarla dörd dəfə Argentina çempionatını və iki dəfə Libertadores kubokunu qazanıb.
Qatti Argentina çempionatında 765 oyun keçirib və bu göstəriciyə görə liqanın rekordçusudur.
Bildiyiniz kimi, Uqo aqressiv oyun tərzinə görə "Dəli" ləqəbini alıb. 1982-ci ildə Argentinada ilin oyunçusu seçilib.
Karyerasını başa vurduqdan sonra Qatti ekspert və futbol şərhçisi olub.