Rusiyanın Krasnoyarsk vilayətində cinayət axtarış idarəsinin rəis müavini saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, o, departament məlumat bazasından rüşvət qarşılığında məlumat verməkdə şübhəli bilinir.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 5-ci hissəsinin “c” bəndi (“Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə külli miqdarda pul şəklində rüşvət alma”) ilə cinayət işi açılıb. Məlumata görə, iş Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin təqdim etdiyi materiallar əsasında açılıb.
İstintaqın məlumatına görə, hüquq-mühafizə orqanının əməkdaşı 2018-ci ilin avqustundan 2021-ci ilin mayına qədər kredit istehlak kooperativinin rəhbərinə şöbə məlumat bazasından məlumatları təqdim edib. Buna görə ondan 200 min rubl (təxminən 4200 manat) alıb.
İstintaq Komitəsindən verilən məlumata görə, cinayət axtarışı idarəsinin rəis müavininin iş yerində, eləcə də evində axtarışlar aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları sənədləri və kompüter avadanlıqlarını götürüblər.
Bildirilir ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib, hazırda həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.