Qaçırmamalı olduğunuz 10 möhtəşəm  premyera -VİDEO
22 aprel 2025 16:20 (UTC +04:00)

Qaçırmamalı olduğunuz 10 möhtəşəm premyera -VİDEO

Əfsanəvi davam filmlərindən tutmuş yeni nəsil superqəhrəmanlara qədər! Bu yaz-yay mövsümünün kino yenilikləri tamaşaçıları heyran edəcək.

Lent.az qaçırılmaması lazım olan ən çox gözlənilən premyeraları təqdim edir.

"Formula 1"

Bred Pitt ekranlara "Formula-1" üzrə keçmiş pilot rolunda qayıdır. O, yenidən sükan arxasına keçir. Film təsirli yarışlar və dramatik hekayə vəd edir.

"Şanslı Gilmor 2"

Adam Sandlerin baş rolda oynadığı Amerika idman komediyası. Davam filmində qəhrəman qolf sahəsində yeni çağırışlarla qarşılaşır.

"Supermen"

Rejissor Ceyms Qann məşhur superqəhrəmanın hekayəsinə yeni baxış təqdim edir. Bu dəfə Poladdan Adam rolunda Devid Korensvet, Lois Leyn rolunda isə Reyçel Brosnaqan çıxış edir.

"İldırımsaçanlar"

Marvel təhlükəli tapşırıq üçün birləşən antiqəhrəmanlar komandasını təqdim edir. Tamaşaçıları Yelena Belova, Baki Barns və digər tanış simalarla inanılmaz macəralar gözləyir.

"Mümkün olmayan missiya 8"

Sevimli qəhrəmanla həyəcanlı macəralar final hissədə davam edəcək. Tom Kruz yenidən İtan Hant rolunda mümkünsüzü reallaşdıracaq.

"Lilo və Stiç"

Qız Lilo ilə yadplanetli Stiçin dostluğundan bəhs edən əfsanəvi cizgi filminin yeni adaptasiyası. Film macəra dolu süjet və duyğusal anlar vəd edir.

"Karate Kid: Əfsanələr"

Ceki Çan və Ralf Maççio döyüş sənəti ənənələrini yeni nəsilə öyrətmək üçün kult franşizaya qayıdırlar.

"Daha bir dəlisov cümə"

Lindsi Lohanın baş rolda oynadığı, ana və qız arasında bədən dəyişməsindən bəhs edən məşhur komediya geri qayıdır. Hadisələr illər sonra ailənin böyüdüyü zamanda cərəyan edir.

"Fantastik dördlük: İlk addımlar"

Ən məşhur superqəhrəmanlar böyük ekrana qayıdır. Marvel "Fantastik dördlük"ün dünyanı təhlükəli təhdiddən xilas etdiyi yeni hekayəni təqdim edir.

"Çılpaq tapança"

Liam Nisonun detektiv Frenk Drəbbin obrazında çəkildiyi məşhur komediyanın yeni versiyası. Tamaşaçıları gülüş və əyləncə dolu macəralar gözləyir!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar