Ən asan ev pizzası RESEPTİ
22 aprel 2025 12:52 (UTC +04:00)

Ən asan ev pizzası RESEPTİ

Bu reseptlə nə xəmir yoğurmağa, nə də saatlarla gözləməyə ehtiyac yoxdur. Sadəcə hazır lavaş, bir az pendir və sevdiyin ərzaqlarla ev şəraitində dadlı və sürətli pizza hazırlaya bilərsən. Tələsik günlər üçün əla seçimdir.

Lent.az bu asan resepti təqdim edir:

Xəmir üçün (əgər hazır lavaşdan istifadə etmirsənsə)

2 stəkan un

1 çay qaşığı quru maya

1/2 çay qaşığı duz

3/4 stəkan ilıq su

1 xörək qaşığı duru yağ (zeytun yağı olsa daha yaxşı)

Sous üçün

2 xörək qaşığı ketçup və ya pomidor pastası

1 çimdik duz

1/2 çay qaşığı oregano və ya quru reyhan (isteğe bağlı)

1 diş sarımsaq (əzilmiş) – isteğe bağlı

Üzəri üçün (zövqə görə)

Rəndələnmiş pendir (mozzarella və ya istənilən əridilən pendir)

Kolbasa, sosiska, göbələk, bibər, zeytun, qarğıdalı və s.

Hazırlanması

Xəmir variantı 1: (Hazır lavaşla – daha sürətli)

Lavaşı soba sinisinə qoyun.

Üzərinə sousu bərabər yayın.

Üzərinə istədiyin ərzaqları düzün.

Ən sonda bol pendir səpin.

Əvvəlcədən isidilmiş 180°C sobada təxminən 10-12 dəqiqə bişir. Pendir əridikdə və qızardıqda hazırdır!

Xəmir variantı 2 - (Sadə xəmirlə)

Maya, su və şəkəri qarışdırıb 5 dəqiqə gözlə. Un, duz və yağı əlavə edib yumşaq xəmir yoğurun. Üzərini örtüb 30-40 dəqiqə mayalandırın. Xəmiri yay və siniyə yerləşdirin. Üzərinə sous, ərzaqlar və pendir əlavə edin. 180°C sobada 15-20 dəqiqə bişirin.

Tövsiyə

Daha xırtıldayan pizza üçün qabı əvvəlcədən isidə bilərsiniz.

Nuş olsun!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11378

Oxşar yazılar

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi -  RESEPT

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi - RESEPT

14 may 2025 , 14:52
Ən dadlı balqabaq çörəyinin  sirri: RESEPT

Ən dadlı balqabaq çörəyinin sirri: RESEPT

13 may 2025 , 15:10
Sezar salatının  büdcəyə uyğun RESEPTİ

Sezar salatının büdcəyə uyğun RESEPTİ

12 may 2025 , 13:57
Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

9 may 2025 , 19:45
Çiyələk mürəbbəsini  belə hazırlayın: RESEPT

Çiyələk mürəbbəsini belə hazırlayın: RESEPT

8 may 2025 , 17:00
 Göyərtini   yeməyə nə zaman əlavə etmək olar?

Göyərtini yeməyə nə zaman əlavə etmək olar?

8 may 2025 , 12:07
Gürcü xaçapurisi belə hazırlanır -  RESEPT

Gürcü xaçapurisi belə hazırlanır - RESEPT

7 may 2025 , 17:42
Qocalma prosesini ləngidən çox ucuz balıqlar - SİYAHI

Qocalma prosesini ləngidən çox ucuz balıqlar - SİYAHI

5 may 2025 , 18:54