50 yaşdan yuxarı qadınların  fotolarda hər zaman yaxşı görünməsi üçün ƏSAS SİRLƏR
22 aprel 2025 19:20 (UTC +04:00)

50 yaşdan yuxarı qadınların fotolarda hər zaman yaxşı görünməsi üçün ƏSAS SİRLƏR

Bəli, müasir texnologiyalarla fotoları redaktə etmək mümkündür, lakin düzgün makiyaj, doğru rakurs və seçilmiş geyim də eyni dərəcədə vacib rol oynayır.

Lent.az qadınların bilməli olduğu sirləri təqdim edir:

Makiyaj

50 yaşdan yuxarı qadınlar üçün əsas makiyaj qaydası - yüngül tonal vasitələrdən istifadə etməkdir. Qalın təbəqədə tonal krem sevənlər bu vərdişdən imtina etməlidir. Çünki qalın teksturalı tonal kremlər üz dərisindəki bütün qüsurları və yaşla bağlı dəyişiklikləri vurğulayır. Bu isə fotolarda da itmir.

Mütəxəssislər tövsiyə edirlər ki, yüngül teksturalı flüidlərdən istifadə olunsun. Onlar dərini yükləmədən qırışları və incə izləri yaxşı örtür.

Allıq da vacibdir – ancaq isti qızılı, qoral və şaftalı tonlarında olmalıdır.

Dodaqlara isə nude (təbii rəngli) parıltı çəkmək tövsiyə olunur – bu, ümumi görünüşü canlandırır və gəncləşdirir.

Uğurlu rakurs (raket)

Aşağıdan çəkilişlərdən uzaq durmaq lazımdır – bu, ikinci çənə effekti yarada bilər. Foto zamanı başı aşağı salmaq olmaz, çünki bu zaman boyun və çənə arasında qırış və bükülmə yaranır. Ən ideal rakurs – birbaşa qarşıdan və ya bir qədər yuxarıdan çəkilməkdir.

Geyim

Həm fotoda, həm də gündəlik həyatda şık görünmək istəyən 50 yaşdan yuxarı qadınlar açıq rəngli, düz kəsimli geyimlərə üstünlük verməlidir. Bu cür paltarlar bədənin təbii gözəlliyini vurğulayır və artıq çəkini gizlədə bilər. Geyim nə çox dar, nə də çox boş olmamalıdır. Çox dar geyim yaşa uyğun gəlməz, çox boş geyim isə görünüşü ucuzlaşdırar.

Ən yaxşı seçim - formanı saxlayan, sıx və keyfiyyətli parçalardan tikilmiş sərbəst kəsimli geyimlərdir. Belə parçalar silueti uzadır və ümumi obrazı zərifləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370

Oxşar yazılar