Dövlətə xəyanətdə ittham olunan İvan Svetliçnıyə hökm oxundu
22 aprel 2025 18:37 (UTC +04:00)

Dövlətə xəyanətdə ittham olunan İvan Svetliçnıyə hökm oxundu

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviçin məhkəmə prosesi yekunlaşıb.

Lent.az verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İvan Svetliçnıy 16 il 1 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Svetliçnıy İvan Nikolayeviç Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittham olunub.

Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycaının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinib.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370

Oxşar yazılar