"Real" azarkeşləri "Atletik"lə görüşdə fransalı hücumçunun oyunda iştirak etmədiyi üçün Mbappeni fitə basıblar.
Lent.az bildirir ki, İspaniya çempionatında "Real" "Atletik"ə 1:0 hesabı ilə qalib gəlib.
“Kral klubu”nun hücumçusu Kilian Mbappe diskvalifikasiyaya görə meydana çıxmayıb.
Qarşılaşma zamanı kameralar Mbappeni VİP lojada göstərib və bu, bəzi azarkeşlərin dərhal narazılığına səbəb olub.
Kilian bu mövsüm "Real"ın heyətində 49 oyun keçirib, 32 qol vurub və 4 məhsuldar ötürmə edib.