Qaraciyəri məhv edən qidalar bunlardır
19 noyabr 2024 22:52 (UTC +04:00)

Qaraciyəri məhv edən qidalar bunlardır

Qaraciyər bədəndəki bir çox proseslərdən, o cümlədən təbii filtr kimi çıxış etməkdən, zərərli maddələri bədəndən çıxarmaqdan məsuldur.

Lent.az xəbər verir ki, nəticə etibarilə, onun vəziyyəti əsasən insanın nə yediyindən asılıdır.

“SM-Clinic” klinikasının qastroenteroloqu Valeriya Lomova hansı qidaların qaraciyəri məhv etdiyi haqda danışıb.

O qeyd edib ki, orqana ən çox mənfi təsir qaraciyər hüceyrələrini (hepatositləri) məhv edən spirtli içkilərdir. Buna görə də, spirtli içkilərin müntəzəm istifadəsi qaraciyərin fibroz və sirrozu kimi təhlükəli ağırlaşmalara gətirib çıxarır.

“Heyvan yağları ilə zəngin qidalarla da diqqətli olmalısınız, çünki onların bolluğu orqanın sağlamlığına da mənfi təsir göstərə bilər. Bunlara, xüsusən də kərə yağı, piy, marqarin, kolbasa, yağlı ətlər (quzu, donuz əti, ördək, qaz), xəmir məmulatları, tortlar, un məmulatları və fast food daxildir”, - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, faydalarına baxmayaraq, meyvələrdə də normaya riayət edilməlidir, çünki fruktoza artıqlığı qaraciyərin yağlanmasına səbəb ola bilər. Şəkərsiz giləmeyvə bu baxımdan daha sağlam qidadır.

“Qaraciyər yağlanması xəstəliyinin inkişafı üçün digər risk faktoru qanda qlükoza səviyyəsini artıran həddindən artıq şəkərdir. Ona görə də şəkəri yüksək olan müxtəlif şirniyyatlara, o cümlədən qazlı içkilərə qapılmamaq daha yaxşıdır”, - deyə o xəbərdarlıq edib.

Onun qeyd etdiyi digər qida qrupu isə konservləşdirilmiş və işlənmiş qidalardır. Onlar duz, konservantlar və stabilizatorların bolluğu ilə fərqlənirlər ki, bu da qaraciyərə ciddi zərər verə bilər.

“Pəhrizinizi izləyin, balanslı olmağa çalışın və əsasən sağlam qidalardan istifadə edin. Mütəmadi olaraq profilaktik müayinələrdən keçməyi unutmayın, çünki qaraciyər xəstəlikləri çox vaxt simptomsuz keçir”, - qastroenteroloq məsləhət görüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2733
avatar

Oxşar yazılar