Bakıda küçədən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Xətai X.Məmmədov küçəsi ev 38-in qarşısında baş verib.
Gəncə şəhər sakini olan 55 yaşlı Rüfət Ramiz oğlu Rəhimovun meyiti qeyd olunan ərazidə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır.