"Yaşasın Azərbaycan"  şüarlarına görə cinayət işi açılan tələbələrlə bağlı ŞAD XƏBƏR
22 noyabr 2024 10:27 (UTC +04:00)

"Yaşasın Azərbaycan" şüarlarına görə cinayət işi açılan tələbələrlə bağlı ŞAD XƏBƏR

Rusiya İstintaq Komitəsi Moskvada yerləşən Rusiya Hökuməti yanında Maliyyə Universitetinin azərbaycanlı tələbələrinin şüarlarında ekstremizmə dair heç bir sübut aşkar etməyib.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

O bildirib ki, İstintaq Komitəsinin paytaxtın mərkəzi qərargahının müstəntiqi tərcüməçi ilə birlikdə şüarları əks etdirən videoyazıları araşdırıb.

“Gənclərin şüarlarında ekstremist xarakterli çağırışlara rast gəlinməyib”, - Petrenko deyib.

Onun sözlərinə görə, əcnəbi tələbələrin qanunsuz hərəkətlərə yol vermədiyinə görə istintaq müvafiq prosessual qərar verəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Moskva universitetlərindən birində Azərbaycan bayraqlı tələbələrin "Yaşasın Azərbaycan" şüarları səsləndirdiyi üçün cinayət işi açılması barədə xəbər vermişdik. Bu hadisə ilə bağlı İstintaq Komitəsi terror fəaliyyətinə açıq çağırışlar maddəsi ilə cinayət işi açmışdı.

Bundan dərhal sonra bir sıra Rusiya mediasında anti-Azərbaycan təbliğatına start verilmişdi. Bu da Azərbaycan cəmiyyətində narazılıq doğurmuşdu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Mehman Nəbiyev

Oxşar yazılar