Gəlin öz toyunda  saxlanıldı
22 noyabr 2024 16:18 (UTC +04:00)

Gəlin öz toyunda saxlanıldı

Rusiyanın Perm vilayətində məhkəmə icraçıları yerli sakini nikah zamanı 850 min rubl aliment borcuna görə saxlayıb və məhkəməyə veriblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, gəlin toy zamanı qeydiyyat şöbəsində saxlanılıb. Məhkəmə icraçısı onu evliliyi münasibəti ilə təbrik etdikdən sonra övladına aliment ödəmədiyinə görə barəsində inzibati iş üzrə protokol tərtib edib. Nikah mərasimi baş tutandan sonra qadın məhkəməyə aparılıb. Məhkəmə onu 30 saat icbari iş cəzasına məhkum edib.

İş materiallarından əldə edilən məlumata görə, cavabdeh valideynlik hüququndan məhrum edilib və dörd uşağa görə gəlirinin yarısı məbləğində aliment ödəməli olub. Qeyd olunur ki, yeni evlənənlər heç yerdə işləmir və iki ildən artıqdır ki, məhkəmə icraçılarından gizlənir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1215
avatar

Oxşar yazılar