Donetskdən DƏHŞƏT  dolu görüntülər
09 sentyabr 2025 14:34 (UTC +04:00)

Donetskdən DƏHŞƏT dolu görüntülər

0

Rusiya ordusu Donetsk bölgəsindəki Yarovaya kəndində zərbə endirib.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında bildirib.

Onun sözlərinə görə, 20-dən çox ölü var. Ukrayna lideri diqqətə çatdırıb ki, kənd pensiya verildiyi zaman bombalanıb. 

“Söz tapmaq olmur... Həlak olanların bütün doğmalarına və yaxınlarına başsağlığı bildirirəm.

Belə zərbələrə dünya tərəfindən mütləq adekvat reaksiya verilməlidir. Ruslar həyatları məhv etməyə davam edirlər, amma yeni güclü sanksiyalardan, yeni güclü zərbələrdən yayınırlar. Dünya susmamalıdır. Dünya hərəkətsiz qalmamalıdır. ABŞ-ın reaksiyası lazımdır. Avropanın reaksiyası lazımdır. G20-nin reaksiyası lazımdır. Rusiyanın ölüm gətirməsini dayandırması üçün güclü addımlar lazımdır”. – deyə o bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 728

Oxşar yazılar