Venesiyanın gizli tərəfi:  şəhərin tarixi ilə tanış olmağın  ən yaxşı yolu
22 noyabr 2024 15:39 (UTC +04:00)

Venesiyanın gizli tərəfi: şəhərin tarixi ilə tanış olmağın ən yaxşı yolu

Qandola qayıqları turistlərə Venesiyanın tarixi yerlərini kəşf etməyə imkan verir.

Venesiyanın əsas simvollarından biri qondolalardır. Bununla belə, turistlərin sandola adlı köhnə qayıqlarda şəhərin sakit guşələrini kəşf etmək imkanı var.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, turistlər üçün sandola ekskursiyaları təşkil edən Luka Padolan bildirib ki, belə qayıqlarəvvəllər dayaz sularda hərəkət etmək və malları və insanları Venesiyadan materikə daşımaq üçün istifadə olunub. Əvvəllər suların dərinliyi inanılmaz dərəcədə dayaz idi. 

Venesiyalılar sonda qandolanın sandolodan daha asan idarə olunduğunu başa düşməyə başladılar, buna görə də onları əvəz etməyə başlayıblar.

Bu gün Venesiyada cəmi 20 sandola avarçəkən qalıb. 

Sandola ilə səfər ucuz sayılmaz, o 30 dəqiqə davam edir və bir qayıq 5 sərnişin götürərək, 90 avro tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar