Pələng 72 yaşlı çobanı yedi
22 noyabr 2024 13:42 (UTC +04:00)

Pələng 72 yaşlı çobanı yedi

Hindistanın Maharaştra ştatında pələng çobana hücum edərək onu öldürüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, noyabrın 17-də saat 16 radələrində 72 yaşlı Çandrabhan Qanpat Loxande keçi sürüsünü yaşadığı Qaneşpur Patli kəndindən bir kilometr aralıda otarmağa aparıb.

Yaşlı kişi həmişəki vaxtda evə qayıtmayanda qonşuları onu axtarmağa başlayıblar.

Gecə saatlarında onlar otlaq yaxınlığında insan qalıqları tapıblar. Sonradan məlum olub ki, bunlar çobanın qalıqlarıdır.

Meşə idarəsinin əməkdaşları müəyyən ediblər ki, pələng Loxandeni kolluğa sürükləyib və onu öldürüb.

Bu, bu il rayonda insanlarla vəhşi heyvanlar arasında ölümlə nəticələnən 25-ci hadisədir. Bunlardan 24 hadisə pələnglərin, biri isə çöl donuzunun hücumu ilə bağlıdır.

Yerli sakinlər hakimiyyətdən yırtıcılardan qorunmaq üçün təcili tədbirlər görməyi tələb ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1125
avatar

Oxşar yazılar