Məşhur aktrisadan maraqlı AÇIQLAMA - “Mənimlə dostlaşması üçün fahişə olmalıyammış”
22 noyabr 2024 18:41 (UTC +04:00)

Məşhur aktrisadan maraqlı AÇIQLAMA - “Mənimlə dostlaşması üçün fahişə olmalıyammış”

‘Leyla.Haya.Aş.Adalet” serialında oynadığı Nur obrazı ilə gündəmə gələn aktrisa Qonca Vuslateli maraqlı açıqlama verib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, aktrisa qatıldığı bir podkastda tələbəlik illərini xatırlayıb.

“Kirayədə qalırdıq. Dərsdən sonra məşqlər, tamaşalarda oynamaq xeyli zamanımızı alırdı və evə gecə saat 1-də gəlib çıxa bilirdik. Alt mərtəbədə oturan qonşu qadın isə hər gecə bizi güdür, qapımızın səsini eşidən kimi burnunu qapıdan çıxarıb bizə söyürdü. “Tfu əxlaqsızlar, utanın, ölün, həyat qadınları” kimi çox xoş olmayan ifadələr işlədirdi. Hər nə qədər ona tələbə olduğumuzu desək də, öz bildiyi kimi gedirdi.

Bir gün seriala çəkilirdim və evə gecə saat 3-də gəldim. Qadın sanki yatmayıb məni gözləyirmiş. Yenə qapını açıb şübhəli- şübhəli üzümə baxdı. “Hardan gəlirsən?” soruşdu. Mən də elə yorğun və əsəbi idim, hirslə “pavilyondan gəlirəm, 5 dənə müştərim olu, rahatla artıq” deyincə qadının üzü güldü 
“Qoncam, gəl bir çay süzüm, iç dincəl qızım, nə zaraftcıl qızsan sən” dedi. Qadının mənimlə dost olması üçün  fahişə olmağım lazım imiş”, - aktrisa bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar