Çin nümayəndə heyətinin üzvü həmkarlarını qarət etdi
21 noyabr 2024 13:29 (UTC +04:00)

Çin nümayəndə heyətinin üzvü həmkarlarını qarət etdi

Rusiyada Çin nümayəndə heyətinin üzva həmkarlarını qarət edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Vladivostokda qeydə alınıb. Çin nümayəndə heyətinin üzvü həmkarlarını ona pasportlarını və sövdələşmə üçün 6,5 milyon rubl verməyə inandırıb, sonra isə əlaqəni kəsib.

Noyabrın əvvəlində Yu Hayfen və tərəfdaşları 6,5 milyon rubl (təxminən 109 min 947 manat) dəyərində kömür partiyası üçün təchizatçı tapmaq üçün Vladivostoka gəliblər. Bir neçə gün sonra nümayəndə heyətinin üzvləri “Zhonjin Shengmao” şirkətinin nümayəndələri ilə görüşüb danışıqlar aparıblar. Aralarında rus dilini bilən yeganə insan Yu olduğu üçün o, tərəflər arasında ünsiyyət qurub.

Daha sonra o, potensial təchizatçı ilə sənədlər imzalamaq mümkün olduğunu deyib, onu kömür partiyasının alınması üçün nəzərdə tutulan 6,5 milyon rubl və həmkarlarının pasportlarını verməyə razı salıb. Bundan sonra yoxa çıxıb və zənglərə cavab verməyi dayandırıb. İndi polis həmin şəxsi axtarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1431
avatar

Oxşar yazılar