Şəkilləri ilə şantaj edərək 830 min tələb edib - Tiktoker "Beniz"in həbsinin DETALLARI
24 noyabr 2024 21:14 (UTC +04:00)

Şəkilləri ilə şantaj edərək 830 min tələb edib - Tiktoker "Beniz"in həbsinin DETALLARI

"Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın həbsinin detalları məlum olub. 

Lent.az-ın məlumatına görə, iş üzrə zərərçəkənin vəkili Yusif Seyfəlov bildirib ki, Aybəniz Xəlilova şantaj etdiyi şəxslə 17 ay münasibətdə olublar. 

"Zərərçəkmişin sözlərinə görə, onların münasibətinin 2 ayı tamam olandan sonra Aybəniz Xəlilova qarşı tərəfi şantaj edərək hədə-qorxu ilə pul tələb etməyə başlayıb. Bu pulun məbləği 830 min manatdan artıqdır. 

Şantajlar isə zərərçəkmişin qeyri-münasib şəkilləri ilə edilib. Aybəniz Xəlilova bu fotoları onun telefonundan köçürüb".

***

01:25

Bu gün "Beniz" ləqəbli məşhur tiktoker 1987-cu il təvəllüdlü Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Lent.az "unikal"a istinadən xəbər verir ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3342
avatar

Oxşar yazılar