"Jaguar"   artıq bu loqodan   istifadə edəcək
22 noyabr 2024 03:21 (UTC +04:00)

"Jaguar" artıq bu loqodan istifadə edəcək

İngilis avtomobil nəhəngi “Jaguar”, 2026-cı ildə satışa çıxaracağı elektrik avtomobilləri ilə yeni loqo və marka kimliyinə keçəcəyini açıqlayıb.

Lent.az xəbər verir ki, “Jaguar” köklü dəyişikliyə gedərək 2026-cı ildən etibarən elektrikli avtomobillərində istifadə edəcəyi yeni loqo və marka kimliyini təqdim edib.

Mütəxəssislərin fikrincə bu dəyişiklik sadəcə vizual yenilənmədən kənara çıxaraq həm də “Jaguar”ın gələcək vizyonunu əks etdirir.

Şirkət brendin simvolu olan yaquar siluetini saxlayır. Bununla belə, yeni loqoda yaquar 16 barmaqlıq şəbəkədə yerləşir ki, bu dizayn müasir və minimalist yanaşmanı təmsil edir.

Bundan əlavə, “Jaguar” ifadəsi yeni şriftlə yazılacaq və kiçik hərflərdən istifadə olunacaq. Bu, müasir və sadə bir görünüş əldə etmək məqsədi daşıyır.

Yeni brend kimliyinin bir hissəsi olaraq, “Jaguar” "j" və "r" hərflərini birləşdirərək yeni monoqram yaradıb.

Bu monoqram “Jaguar”ın lüks və incəlik imicini gücləndirmək məqsədi daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930
avatar

Oxşar yazılar