Həbib və Makqreqor yenə qarşılaşacaqlar
21 noyabr 2024 16:44 (UTC +04:00)

Həbib və Makqreqor yenə qarşılaşacaqlar

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov və irlandiyalı döyüşçü Konor Makqreqor Bellator turnirinin titul döyüşündə qarşılaşacaqlar.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 25 yanvar 2025-ci ildə Dubayda rusiyalı Usman Nurməhəmmədov Bellator yüngül çəki dərəcəsində çempionluq kəməri uğrunda irlandiyalı Paul Haqes ilə döyüşəcək.

Qeyd olunur ki, Həbib Usman Nurməhəmmədovun əmisi oğludur. Həbib və Makqreqor döyüşçülərin tərəfindən çıxış edəcəklər.

Həbib 7 oktyabr 2018-ci ildə Makqreqoru məğlub edib. Döyüş dördüncü raundda irlandiyalının təslim olması ilə başa çatıb. O vaxtdan bəri İrlandiya təmsilçisi dəfələrlə Nurməhəmmədovu revanş görüşünə çağırsa da, döyüş baş tutmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2316
avatar

Oxşar yazılar