Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, aprelin 24-25-də Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, İsmayıllı, Şamaxı, Qobustan, Şirvan, Gəncə, Göygöl, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qusar, Mingəçevir, Qəbələ, Yevlax, Bərdə, Salyan, Neftçala, Hacıqabul, Qax, Şəki, Oğuz, Balakən, Zaqatala, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.